İsmayıllıda velosiped yarışması keçirildi

Dosye.org xəbər verir ki, bu gün  İsmayıllı rayonunda Azərbaycan Velosiped İdmanı Federasiyasının (VİF) dəstəyi ilə məktəblilər arasında velosiped yarışı- rayon cempionatı kecirilib.

Birinci yeri Rayon Ollimpiya Kompleksinin məktəbyaşlı velosipedciləri, ikinci yeri 6 saylı məktəbin, ücüncü yeri isə 1 saylı məktəbin velosipedciləri tutmuşlar.

Velosiped idmanının rayonda inkişafına yaxından iştirakina və nailiyyətlərinə görə Rayon Olimpiya Kompleksi komandasının məsqcisi Anar Həsənov Azərbaycan VİF-nın fəxri-fərmanı ilə təltif olundu.

Mükafatı Azərbaycan VİF-nın katibi Fərhad Əliyev təqdim edib. “Red Bull” şirkətinin əməkdalarının tədbirdə iştirakı tədbirə bayram ab-havası qatdı. Bu münasibətlə  başda İsmayıllı Rayon Olimpiya Kompleksinin direktoru Tofiq Hümbətov olmaqla qalibləri təbrik edirik.

Əmrah Cəfərov(Bölgə müxbiri)

Dosye.org

COMMENTS