İspaniya xilasediciləri Aralıq dənizində 549 miqrantı xilas edib

İspaniya xilasediciləri Aralıq dənizində 549 miqrantı xilas edib

İspaniyanın Dəniz Xilasetmə Xidmətinin xilasediciləri Aralıq dənizini gəmilərlə üzüb keçməyə çalışan 549 miqrantı xilas edib.

Bu barədə Dosye.org “Fox News”a istinadən xəbər verir.

Dəniz Xilasetmə Xidmətindən bildirlib ki, miqrantların birinci qrupu iki gün əvvəl altı kiçik gəmidə gəlib. Gəmilərin göyərtəsində bütovlükdə 350 miqrant olub. Onlar ölkənin şərq sahilinin sularında, Cəbəllütariq boğazında xilas ediliblər.

Dünən isə Dəniz Xilasetmə Xidmətinin xilasediciləri beş müxtəlif gəmidə və uşaqların olduğu, hava ilə doldurulan qayıqla üzən 199 miqrantla qarşılaşıb.

BMT-nin məlumatına görə, Aralıq dənizinin sularında ümumilikdə 2262 miqrant həlak olub. Avropa Birliyinin informasiyasına əsasən, təkcə keçən il İspaniyanın sərhədini 57 000 miqrant keçib. Bu, 2017-ci illə müqayisədə iki dəfə çoxdur.

Dosye.org

COMMENTS