Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Avropa İttifaqına 21 milyard avroya başa gəlib.
Bu haqda Dosye.org TASS İnformasiya Agentliyinə istinadən xəbər verir. Məlumata görə, Avropa Komissiyasında hər kəs bu məsələni şərh etməkistəmədi. Lakin AK-nın üzvü Marqarites Sxinas məsələyə münasibət bildirib: “Mən bu ziyanı rəqəmlərlə demək istəməzdim”.
İspaniyanın XİN başısı Xose Mmanuel Qarsiya Morqalo isə öz növbəsində bildirib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Avropa İttifaqına 21 milyard avroya başa gəlib: “Sanksiyalar hamıya böyük ziyan vurub. Aİ əsasən öz idxalını itirməməkdən ötrü 21 milyard avro ziyan edib”.
COMMENTS