İspaniyada meşə yanğınları tüğyan edir

İspaniyada meşə yanğınları tüğyan edir

İspaniyanın Zaraqoza vilayətində meşə yanğınları tüğyan edir. ANS PRESS-in məlumatına görə, yanğın əsasən, Byota, Pray və Asin şəhərləri ətrafında birki örtüyünə ciddi ziyan vurub. Yanğın nəticəsində azı 8 min hektar meşə sahəsi tamamilə yanaraq külə çevrilib.

Ölkə rəsmiləri yanğın bölgəsinə yaxın yerləşən 1600 ailəni evindən təxliyə ediblər.

Yanğınların qarşısını almaq üçün 500 yanğınsöndürən fəaliyyətə cəlb olunub. Bəzi bölgələrə avtomobillə getmək mümkün olmadığı üçün yanğınsöndürənlər alova helikopterdən müdaxilə edirlər.

Bölgədə müşahidə olunan quru hava şəraiti və küləklər alovun qarşısını almaqda çətinliklər törədir.

COMMENTS