İsrail “Əl Cəzirə”nin əməkdaşını öldürdü?

Qətərin “Əl Cəzirə” telekanalının müxbiri Qəzzada öldürülüb.  Abdullah Murteca Qəzzada İsrailin hərbi əməliyyatları zamanı həyatını itirib.

 

İsrailin 7 iyuldan bu yana təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı 2 min 132-dir. 10 min 895 adam isə yaralanıb.    Digər tərəfdən İsrail ordusu dünən gecə yarısından bu yana Qəzzada 70 hədəfin vurulduğunu açıqlayıb. Ordundan edilən şərhdə, “Gecə yarısından etibarən Qəzzada 70 hədəf vuruldu” deyildi.    İsrail mətbuatında iştirak edən xəbərlərdə isə səhər saatlarından bu yana İsrail şəhərlərinə 120 raket atıldığı irəli sürülür.

COMMENTS