İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin Qəzzanın müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda bir fələstinli ölüb və yaralanıb.
Qəzzadakı Fələstin Fövqəladə Hallar Xidməti qrupu, İsrailin şəhərdəki bir binaya hücumu zamanı həlak olan bir şəxsi aparıb, bir neçə yaralını isə xəstəxanaya çatdırıb.
DOSYE.ORG xəbər verir ki,digər tərəfdən İsrail ordusu verdiyi açıqlamada Qəzza zolağında İslami Cihad Hərəkatına aid hədəflərə qarşı hücumların təşkil edildiyini açıqlayıb və İsrail Müdafiə naziri Yoav Gallant Qəzza sərhəd bölgəsində fövqəladə vəziyyət elan edib. Bəyanatda Qəzza, Erez və Kerem Əbu Səlim sərhəd qapılarının növbəti xəbərdarlığa qədər bağlı olduğu da qeyd edilib.
Əldə edilən məlumata görə, hücumlardan sonra Qəzza sərhədi boyunca Askalan və Sederot şəhərləri arasında qatarların hərəkəti dayandırılıb.
Qəzzada Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamada, “İşğal qüvvələri şəhərin müxtəlif yerlərində hədəflərə hücumlar həyata keçirərkən, sahədəki hadisələr milli təhlükəsizlik və nazirliyin müxtəlif bölmələri tərəfindən yaxından təqib edilir. ”
İsrail ordusu Fələstinin müqavimət təşkilatlarından biri olan İslami Cihad Hərəkatının hərbi qərargahından 3 nəfərin Qəzzaya bu gecə həyata keçirdiyi hava hücumlarında zərərsizləşdirildiyini açıqlayıb.
COMMENTS