İsrail hərbçiləri ilə toqquşmalarda 1 fələstinli ölüb, 448 nəfər xəsarət alıb

İsrail hərbçiləri ilə toqquşmalarda 1 fələstinli ölüb, 448 nəfər xəsarət alıb

Bu gün Qəzza zolağının sərhədində İsrail hərbçiləri ilə toqquşmalarda 1 fələstinli ölüb, 448-i xəsarət alıb. RİA “Novosti” xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə nazirliyindən bildirilib.

Məlumata əsəsən, etiraz aksiyalarında iştirak edən fələstinlilər müxtəlif dərəcəli xəsarət alıb, həmçinin gözyaşardıcı qazdan zəhərləniblər.

Qeyd edək ki, martın 30-da fələstinlilər Qəzza zolağının sərhədində “Böyük Qayıdış Yürüşünə” başlayıb. Fələstinlilər aksiyanın mayın ortalarınadək davam edəcəyini bəyan ediblər.

Dosye.org

COMMENTS