İsrail millisinin baş məşqçisi Eli Qutman istefa verib.
Qol.Az-ın məlumatına görə, bu barədə İsrail Futbol Federasiyası xəbər yayıb.
“Avro-2016”nın seçmə mərhələsində Belçikaya 1:3 hesablı məğlubiyyətdən sonra Qutman Federasiya rəhbəliyi ilə görüşüb və istefa ərizəsini təqdim edib.
Karyerası ərzində bir çox İsrail klublarını çalışdıran Qutman 2011-ci ildən yığma komandanın baş məşqçisi idi.
COMMENTS