İsrail ordusu “HƏMAS”ın mövqelərini bombalayıb

İsrail ordusu “HƏMAS”ın mövqelərini bombalayıb

İsrail hərbçiləri raket atəşinə cavab olaraq Qəzza zolağını bombalayıb.

APA-nın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Hərbi aviasiya “HƏMAS” hərəkatına məxsus üç obyektə zərbələr endirib.

“Obyektlərdən təlim mərkəzləri və silah-sursat anbarları kimi istifadə olunub”, məlumatda deyilir.

Ötən axşam İsrail hərbçiləri Qəzza zolağından atılan iki raketi vurub, daha bir raket sərhədyanı boş əraziyə düşüb.

Dosye.org

COMMENTS