İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza şəhərini mühasirəyə aldıqdan sonra Fələstinin Həmas hərəkatına qarşı hərbi əməliyyatlar aparmaq üçün anklavın ərazisinə daxil olub.
DOSYE.ORG xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Haqari məlumat verib.
“Bizim qüvvələrimiz çətin olsa belə, döyüş tələb olunan istənilən yerdə terrorçuları yaxın məsafədə məhv edir”,-deyə Daniel Haqari qeyd edib.
O, bildirib ki, Qəzza şəhəri mühasirəyə alındıqdan sonra hava və dəniz qüvvələri İDF quru qüvvələrinə HƏMAS-ın hərbi infrastrukturuna zərbələr endirməkdə kömək edir.
Bundan əlavə, İsrail ordusunun nümayəndəsi qoşunların şəhər ətrafında daha sərbəst hərəkət edə bilməsi üçün partlayıcı maddələrin məhv edilməsi və zərərsizləşdirilməsi üzrə istehkamçıların işindən danışıb.
COMMENTS