İsrail Hərbi Hava Qüvvələri Suriyanın Deraa əyalətində Suriya ordusunun mövqelərinə zərbələr endirib.
DOSYE.ORG BAKU.WS-ə istinadən xəbər verir ki, məlumatı Suriyanın SANA agentliyi yayıb.
Agentliyin məlumatına görə, atəş yerli vaxtla 01:35-də Colan təpələri istiqamətindən atılıb.
Atəş nəticəsində iki hərbi obyektə maddi ziyan dəyib. Zərbələr nəticəsində ölən və yaralananlar haqında məlumat verilmir.
COMMENTS