İsrail Qəzza sərhəd qapısını bağladı

İsrail hökuməti Qəzza zolağına yeganə ticarət sərhəd qapısı olan Kerm Əbu Səlimi bağlayıb.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, məntəqənin yəhudilərin “Şavuot” bayramı münasibətilə bağlandığı açıqlanıb. Bu məntəqənin bağlanması Qəzzadakı işgüzar fəallığa və yanacaq idxalına mənfi təsir göstərəcək. Qeyd edək ki, Qəzzada olan 7 sərhəd qapısından 6-sına İsrail nəzarət edir. 

COMMENTS