İsrail səhvən Misir ordusunun mövqelərini atəşə tutdu

İsrail səhvən Misir ordusunun mövqelərini atəşə tutdu

İsrail ordusu Misir sərhədi yaxınlığındakı Kerem Əbu Səlim bölgəsində Misir ordusunun mövqesini təsadüfən atəşə tutduğunu açıqlayıb.

Gununsesi.info xəbər verir ki, İsrail ordusunun sözçüsü verdiyi yazılı açıqlamada, “Bir müddət əvvəl İsrail ordusuna aid bir tank səhvən sərhədə yaxın Kerem Şalom (Kerem Abu Salim) bölgəsində Misir ordusunun mövqelərinə atəş açdığı” bildirilib.

İstintaqın başlandığını elan edən açıqlamada “hadisə təəssüf doğurur” qeyd edilib.

Misir hakimiyyəti hələlik bu hadisə ilə bağlı rəsmi açıqlama verməyib.

 

COMMENTS