İsrail Suriyaya hava zərbələri endirdi

İsrail ordusundan adının açıqlanmasını istəməyən bir səlahiyyətli Anadolu Ajansının müxbirinə verdiyi açıqlamada, İsrail ordusunun Suriyada iki hərbi bazanı topla vurduğunu söylədi.

 

İsrail radiosu, İsrail-Suriya sərhədi yaxınlarından Kuneytera bölgəsində Əsəd gücləriylə, müxalif qruplar arasında qarşıdurmalar yaşandığını bildirmişdi.

 

Xəbərdə, “İsrailin nəzarətində olan Colan Təpələrinə 3 raket atıldığı, raketlərin boş bir sahəyə düşməsi nəticəsində hər hansı bir zərərin meydana gəlmədiyi” ifadə edilmişdi.

COMMENTS