İsrail və İran arasında hərbi toqquşma: Qarşılıqlı raket zərbələri işə düşdü

İsrail və İran arasında hərbi toqquşma: Qarşılıqlı raket zərbələri işə düşdü

İran və İsrail arasında gərginlik hərbi toqquşma mərhələsinə keçib.

Əvvəlcə İranın “Əl-Qüds” hərbi qüvvələri İsrailin Qolan təpələrində yerləşən qoşunlarına 20 raket zərbəsi endirib. Ardınca cavab olaraq İsrail ordusu Suriyada İranın hərbi obyektlərini hədəfə alıb.

Təl-Əviv əvvəlcədən bu barədə Moskvanı xəbərdar etdiyini açıqlayıb. Suriya hərbi mənbələri bildiriblər ki, İsrail ordusunun buraxdığı raketlərin əksəriyyəti hədəfə çatmayıb.Hərbi toqquşma nəticəsində yer alan itkilərlə bağlı hər hansı məlumat verilmir. (Bizimyol.info)

Dosye.org

COMMENTS