İsrail XİN-dən İranın Azərbaycandakı səfirinin hədəsinə reaksiya

İsrail XİN-dən İranın Azərbaycandakı səfirinin hədəsinə reaksiya

İsrailin Xarici İşlər Nazirliyi (XİN) ötən gün İranın Azərbaycandakı səfiri Abbas Musəvinin İsrail səfiri ilə bağlı etdiyi paylaşıma münasibət bildirib.

“AzPolitika.info” xəbər verir ki, İsrail XİN-nin strateji məsələlər üzrə Departamentinin müavini Coşua Zarka sosial şəbəkə hesabından etdiyi paylaşımda bunları yazıb: “İranın Azərbaycandakı səfiri kitab oxuduğu üçün səfirimizi təhdid edir. Bu rejim ölkəni və xalqını, o cümlədən Təbrizi ən pis həddə çatdırıb və hamı ilə qarşıdurmalar yaradıb”.

Xatırladaq ki, ötən gün İranın Azərbaycandakı səfiri Abbas Musəvi İsrail səfiri Corc Dikin sosial şəbəkədə Təbrizlə bağlı kitabın fotosunu paylaşmasına sərt reaksiya verərək, onu ölümlə hədələmişdi.

COMMENTS