İsraildə koronavirusa görə yenidən sərt karantin tətbiq edilir

İsraildə koronavirusa görə yenidən sərt karantin tətbiq edilir

İsrail hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün sərt karantin rejiminin üç həftə müddətinə bərpasına qərar verib.

APA xəbər verir ki, bu barədə İsrailin “Kan” radiosu məlumat yayıb.

Məlumata görə, məhdudiyyətlər 18 sentyabr saat 14:00-dan qüvvəyə minəcək və sakinlərin evlərindən 500 metrdən çox uzaqlaşmasına icazə verilməyəcək. Bundan başqa, restoran, hotel, idman salonları və hovuzlar bağlanacaq.

Qeyd edək ki, İsraildə ümumilikdə 153,8 min nəfər koronavirusa yoluxub, 114,6 min nəfər müalicə olunaraq sağalıb, 1,1 min insan isə virusun qurbanına çevrilib.

DOSYE.ORG

COMMENTS