İsrailin keçmiş xarici işlər naziri də Azərbaycanda parlament seçkilərini izləyəcək

Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün İsraildən gələn nümayəndə heyətinin tərkibində İsrailin keçmiş xarici işlər naziri, “Naş dom- İsrail” partiyasının lideri Aviqdor Liberman da var.

“Seçki-2015”in yaydığı məlumata görə, bu barədə “AZİZ” İsrail- Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak məlumat verib.

Onun sözlərinə görə, İsrail nümayəndə heyəti oktyabrın 30-da Bakıya gələcək.

Nümayəndə heyətinin tərkibinə 4 nəfər- İsrailin keçmiş xarici işlər naziri, “Naş dom- İsrail” partiyasının lideri Aviqdor Liberma, keçmiş nazir Sofa Landver, İsrail parlamentinin üzvü Konstantin Razbozov, İsrailin ABŞ-dakı keçmiş səfiri Maykl Oren daxildir.

Qeyd edək ki, noyabrın 2-də İsrail nümayəndə heyəti seçki müşahidələrinin nəticəsi ilə bağlı mətbuat konfransı keçirməyi də planlaşdırır. (Apa)

COMMENTS