“İstərdik ki, həmin oyunlar da ətraflı araşdırılsın” – “Araz Saatlı” rəsmisi

“İstərdik ki, həmin oyunlar da ətraflı araşdırılsın” – “Araz Saatlı” rəsmisi

Birinci Liqa təmsilçisi “Araz Saatlı”nın adı danışılmış oyunlarda hallanır. Məsələ ilə bağlı “pambıqçılar”ın mətbuat xidməti ilə əlaqə saxladıq. 

Bölgə təmsilçisinin sözçüsü Kamal Rzanın Fanat.Az-a açıqlaması belə oldu:

“Nə AFFA-dan, nə də müfaviq qurumlardan danışılmış oyunlarla bağlı bizə heç bir sorğu daxil olmayıb. İstəməzdik klubumuzun adı heç bir əsası olmayan xəbərlərdə hallansın. Bu, yolverilməz haldır. “İrəvan”da daxili problemlər və maaş gecikmələrinə görə intizamsızlıq varsa, bu bizim problemimiz deyil. “Araz Saatlı” ilə oyundan öncə “İrəvan” “Difai Ağsu”dan 5, MOİK-dən isə 7 qol buraxıb. İstərdik ki, həmin oyunlar da ətraflı araşdırılsın.

“Araz Saatlı” klubu olaraq müvafiq orqanlara məsələ ilə bağlı əlimizdən gələn hər cür dəstəyi göstərməyə hazırıq”.

COMMENTS