İstanbulda qanlı toqquşma

Türkiyənin İstanbul şəhərində baş vermiş silahlı toqquşma nəticəsində 3 nəfər ölüb, 1 yaralanıb.

ANS PRESS-in məlumatına görə, şəhərin Esenyurt səmtində baş vermiş hadisədə həlak olanlar doğma qardaşdır. Hadisə bu gün günorta baş verib.

Saadetdere məhəlləsində baş vermiş toqquşma 4 qardaş və onların 4 əmisi oğlu arasında baş verib. Toqquşma pul borcuna görə olub.

Qardaşları öldürən və yaralayan 4 əmioğlu isə hadisə yerindən qaçıb. Polisin hadisə yerində araşdırması davam edir.

COMMENTS