İstefa verən rusiyalı mer intihar etdi

İstefa verən rusiyalı mer intihar etdi

Fomini evdə yaralı halda həyat yoldaşı tapıb

Rusiyanın Samara vilayətinin Novokuybışevsk şəhərinin keçmiş meri Vladimir Fomin intihar edib.

Rusiya KİV-i xəbər verir ki, sinəsindən atəş açan eks-mer evində ağır yaralı halda tapılıb. O, reanimasiyaya yerləşdirilsə də, 58 yaşlı məmurun həyatını xilas etmək mümkün olmayıb. Fomini evdə yaralı halda həyat yoldaşı tapıb.

Qeyd edək ki, 2018-ci ilin dekabrında Novokuybışevskə mer təyin edilən Fomin ötən həftə istefa verib. O, səhhəti ilə əlaqədar vəzifəsindən getdiyini bildirib. Belə ki, keçmiş merin ürək çatışmazlığı problemi olub.(qafqazinfo.az)

DOSYE.ORG

COMMENTS