İstirahət mərkəzlərində xoşagəlməz hallar yaşanır – Deputatdan eyham

İstirahət mərkəzlərində xoşagəlməz hallar yaşanır – Deputatdan eyham

“Meşə yanğınları ilə bağlı bir çox ehtimallar var. Bu ehtimalların araşdırılması vacibdir. Hüquq-mühafizə orqanları yanğınlarla bağlı araşdırmanı davam etdirməlidir”.
Bu fikirləri Bakupost.az -a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Millət vəkili son vaxtlar artan meşə yanğınlarını havaların son dərəcə isti keçməsi, eyni zamanda insanların məsuliyyətsizliyi və lageyidliyinin nəticəsi ilə izah edib:
“Azərbaycanda son dövrlər meşələrin salınmasına, qorunmasına diqqət artırılsa da, insanların yaşıllıqlara münasibəti yüksək səviyyədə deyil. Meşələrin mərkəzində yerləşən bir çox istirahət mərkəzlərində xoşagəlməz hallar yaşanır. Həmin ərazilərdə insanlar səhlənkar hərəkət edir, qayda-qanunları gözləmir. Bütün bunlar təəssüf doğurur. Artıq bir neçə rayonda yanğınlar baş verir. Bu elə bil sistemli xarakter daşıyır. İnsanların bundan şübhələnməyə haqqı var. Çünki bu, Azərbaycanın inkişafını istəməyən, iqtisadiyyatımıza, ekologiyamıza zərər vurmaq istəyən insanların da işi ola bilər. Hər birimiz vətəndaş olaraq meşələrin qorunmasına diqqəti artırmalı, həmçinin yanğınların söndürülməsini daha da tezləşdirməliyik”.
Fəridə

COMMENTS