İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib.
DOSYE.ORG oxu.az-a istinadla xəbər verir ki, qadın islam əleyhinə çıxış edib və əlində taxtadan hazırlanmış xaç tutaraq Quranı yandırıb.
Aksiyanın polisin nəzarəti altında həyata keçirildiyi bildirilib.
Qeyd olunub ki, İsveç polisinə mayın 3-də ölkənin cənubundakı Malmö şəhərində, ölkədə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsi başlamazdan bir gün əvvəl analoji aksiyanın keçirilməsi ilə bağlı ərizə daxil olub.
COMMENTS