İsveçli jurnalist Suriya-Türkiyə sərhədində yoxa çıxıb

Türkiyə ilə Suriya ilə sərhəddə yoxa çıxan İsveçdən olan jurnalistin adı hələ ki açıqlanmasa da, onun 30-a yaxın yaşı olduğu məlumdur.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Türkiyənin Qaziəntəp şəhərindən Suriyaya, “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının nəzarətində olan  əraziyə keçməyi planlaşdırıb . Dörd gün ərzində onun harada olması ilə bağlı heç bir məlumat yoxdur. İsveçin Xarici İşlər Nazirliyinin nümayəndəsi bu situasiyanı şərh etmək istəməyib.

COMMENTS