İsveçrə səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

İsveçrə səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

Rusiya Xarici İşlər Nazirliyi İsveçrənin səfiri Kristina Marti Lanqı çağırıb və İsveçrə parlamentinin Rusiya aktivlərinin müsadirə mexanizmi ilə bağlı qərarına görə ona etiraz edib.

Qeyd olunur ki, İsveçrə tərəfi Rusiyanın dövlət aktivlərini müsadirə edərsə, Moskvanın cavab tədbirləri qaçılmaz olacaq.

İsveçrə senatorları daha əvvəl ölkə hökumətinin Ukraynanın bərpası üçün Rusiya Mərkəzi Bankının dondurulmuş vəsaitlərinin təxminən 8,5 milyard dollarını istifadə etməsinə səs veriblər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov vurğulayıb ki, Rusiya Qərb ölkələri tərəfindən dondurulmuş aktivlərinin müsadirəsi ilə bağlı hər bir konkret qərar barədə fərdi hərəkət etmək niyyətindədir.

COMMENTS