İtaliya kuboku: “Napoli” yarımfinalda

İtaliya kuboku: “Napoli” yarımfinalda

İtaliya kubokunda 1/4 final mərhələsinin oyunlarına yekun vurulub.

Qol.Az-ın məlumatına görə, yarımfinala vəsiqə uğrunda “Napoli” və “İnter” klubları üz-üzə gəlib.

Matçın taleyini bir qol həll edib. Qonzalo İquainin matçın 90+3-cü dəqiqəsində vurduğu qol “Napoli”yə minimal hesablı qələbə qazandırıb – 1:0.

Qeyd edək ki, “Napoli” yarımfinalda “Latsio”, “Yuventus” isə “Fiorentina” ilə qarşılaşacaq.

COMMENTS