İtaliyada möcüzə – “Roma” yarımfinalda!

İtaliyada möcüzə – “Roma” yarımfinalda!

Bu gün Çempionlar Liqasının 1/4 finalının cavab oyunlarına start verilib.

Qol.az-ın məlumatına görə, keçirilən iki oyunla yarımfinalın iki iştirakçısı müəyyənləşib.

“Roma” öz meydanında “Barselona”nı qəbul edib. Evdə 4:1 hesablı qələbə qazanan Kataloniya təmsilçisi növbəti mərhələyə adlamağa yaxın olsa da, “Roma” inanılmazı bacarıb. Rəqibini 3:0 hesabı ilə darmadağın edən İtaliya təmsilçisi ən güclü 4 komanda sırasına vəsiqə qazanıb.

Digər oyunda isə “Mançester Siti” “Liverpul”u qəbul edib. Liverpulda keçirilən ilk görüşdə 0:3 hesablı məğlubiyyətlə üzləşən Xosep Qvardiolanın komandası cavab matçına erkən qolla başlasa da, “Liverpul” ikinci hissədə 2 qol vurmaqla əzmkar qələbə qazanıb.

Dosye.org

COMMENTS