İTV-də QALMAQAL: Balakişi Qasımov şirkətdə kimi təhqir edib?

İTV-də QALMAQAL: Balakişi Qasımov şirkətdə kimi təhqir edib?

İctimaİ Televiziya və Radio Yayımları Şirkətində baş verən xoşagəlməz olaylarla bağlı DOSYE.ORG-a dəhşətli məlumatlar daxil olub.

Belə ki, adı bir neçə qalmaqallarda hallanan şirkətin baş direktoru Balakişi Qasımov yenidən mətbuatın “radarına” tuş gəlib. Əslində, “İTV” kanalı cəmiyyətimizin informasiya ilə qidalandığı ən etibarlı televiziya kanalıdır. Lakin daxildə yaşanan dərəbəylik sözün həqiqi mənasında utanvericidir. Aydın məsələdir ki, bu da şirkətin direktoru B. Qasımovun idarəçiliyini hələ də şübhə altına alır. Keşək mətləbə…

Televiziya və Radio Yayımları Şirkətinin İnformasiya Departamentinin direktoru Fikrət Doluxanov ilə Balakişi Qasımov arasında əsl “qaydasız döyüş” yaşanıb. Mənbə iddia edir ki, dava-dalaşa səbəb Əqli Mülkiyyət Agentliyinin İdarə Heyyətinin sədri Kamran İmanov səbəb olub.

Yəni, K. İmanovun tədbiri zamanında efirə getmədiyi üçün şirkətin baş direktoru Balakişi Qasımov, Fikrət Doluxanova qarşı nalayiq ifadələr işlədib, onu təhqir edib. Bundan sonra təhqirləri qəbul etməyən departament direktoru qarşılıqlı formada lazımı cavabı verib. Görünür, hələ də İTV -də gərginlik səngimir. Növbəti yazılarımızda mövzü ilə bağlı daha geniş məlumatlar veriləcək.

Bizi izləməyi unutmayın…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

DOSYE.ORG 

COMMENTS