Türkiyənin İzmir şəhərində metro qatarı qəzaya uğrayıb.
DOSYE.ORG “TRT Haber”ə istinadən xəbər verir ki, İzmirin Bornova adlı ərazisində hərəkət zamanı metronun 2 vaqonu relsdən çıxıb. Vaqonlardan biri stansiyada platformanın divarına çırpılıb.
Nəticədə 3 nəfər yüngül xəsarət alıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım, xilasetmə qrupları və AFAD əməkdaşları cəlb edilib.
Yaralılar Ege Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılıb.
Qəzadan sonra vaqonlar boşaldılıb və xətdə metronun hərəkəti dayandırılıb.
İzmir Böyükşəhər Bələdiyyəsinin yaydığı məlumatda qəzanın səbəblərinin müəyyən edilməsi üçün texniki araşdırmaya başlanıldığını bildirilib.
COMMENTS