Moskvada azərbaycanlı güllələndi

Moskvanın şimal-qərbində Azərbaycan vətəndaşı güllələnib.

 

Virtualaz.org saytı xəbər verir ki, o, ağır vəziyyətdə oktyabrın 8-də axşam xəstəxanaya çatdırılıb. Həkimlər azərbaycanlının bədənində 18 güllə deşiyi aşkar ediblər.

Hadisə Yan Raynis bulvarında baş verib, cinayətkarlar azərbaycanlıya travmatik tapançadan atəş açıb.

Hadisənin motivləri araşdırılır və atəş açanların axtarışı aparılır. Yaralının vəziyyəti kritikdir, onun kimliyi haqda məlumat yoxdur.

COMMENTS