“JEK” müdiri at oynadır: Firdovsi Cəbrayılov merə də, başçıya da qalıb gəlir

“JEK” müdiri at oynadır: Firdovsi Cəbrayılov merə də, başçıya da qalıb gəlir

Paytaxtın Nizami rayonunda qanunsuz tiintilər tez-tez medianın gündəminə gəlir.

Rayon sakinləri qanunsuz tikintilərin artıq səkiləri belə zəbet etməsinə etiraz etməyə başlayıblar. Onlar iddia edir ki, rayonda qanunsuz tikintilər keçmiş icra başçısı Arif Qasımovun dövründə genişlənib:

“Lakin xələfi Coşqun Cəbrayılovun dövründə bu qanunsuzluqla pik hədd çatıb. Artıq Qara Qarayevdən ta Xalqalar Dostluğuna qədər uzanan massiv boyu o gözəl şam ağacları  yoxa çıxıb, yerində elə sabiq və indiki icra başçılarına, deputatlardan birinə və başqa vəzifə sahiblərinə məxsus yüzlərlə tiklilər peyda olub. Dəhşətli hallardan biri də budur ki, artıq tiklilərin çoxu hətta magistral yola bitişikdir, səkilər yoxa çıxıb. Nəticədə piyadaların hərəkəti də məhdudlaşdırılıb”.

img

img

COMMENTS