Jirinovski etiraf etdi: “Azərbaycanla bağlı fikirlərimdə yanlış anlaşılma olub”

“Azərbaycan əla ölkədir. Yaxşı inkişaf edir. Ölkənin yaxşı rəhbərliyi var”.

APA TV-nin xəbərinə görə, bu sözləri Bakıda səfərdə olan Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski jurnalistlərə açıqlamasında deyib. O, sonucu dəfə Azərbaycana səfər etdiyi vaxtdan indiyədək Bakının çox dəyişdiyini deyib: “Tamamilə başqa şəhərdir. Sonuncu səfərimdən 40 il keçib. Hər şey yaxşılıya doğru dəyişib. İnsanlar çox gözəl, müsbət münasibət göstərirlər. Hər kəs rus dilini yaxşı bilir”.

Vladimir Jirinovski Azərbaycan xalıq ilə bağlı dediyi mənfi fikirlərə də açıqlama gətirib: “Bu yanlış anlaşılma olub. İndi həmin hal Donbasda baş verir. Kiyevdə mənə nifrət edirlər. Hansısa hadisələr baş verir və biz hadisəni qiymətləndiririk. Qiymətləndirmə isə dərhal xalqa və ya respublikaya şamil edilir”.

Vladimir Jirinovski Bakı şəhərindəki 23 saylı orta məktəbdə olub. O, 6-cı sinif üçün rus dili və ədəbiyyatından açıq dərs keçib. Sonra 10-cu sinif şagirdləri ilə görüşüb, onlara müxtəlif suallar verib, şagirdlərə hədiyyə kimi odekolon və digər parfüm paylayıb. Şagirdlərdən biri Vladimir Jirinovskiyə onun öz portretini hədiyyə edib.

COMMENTS