Qış fasiləsində “Qarabağ”dan “Flamenqo”ya keçən Juninyo yeni komandasında ilk qolunu vurub.
QOL.az xəbər verir ki, braziliyalı hücumçu Quanabara kubokunun 8-ci turunda “Portuquesa” ilə görüşdə fərqlənib. O, qolu komanda yoldaşının vəfat edən anasına həsr edib
Start heyətdə meydana çıxan forvard 37-ci dəqiqədə hesabı açıb. Oyun “Flamenqo”nun 5:0 hesablı qələbəsi ilə başa çatıb. Juninyo 73-cü dəqiqədə əvəzlənib.
“Flamenqo” 12 komanda arasında keçirilən Quanbara kubokunda hazırda 13 xalla ilk pillədədir.
Qeyd edək ki, 2023-cü ilin yayından bu ilin yanvarına qədər “Qarabağ”da oynayan 28 yaşlıı forvard bu müddətdə 81 oyunda 42 qol vurub.
COMMENTS