Juninyo “Sevilya”ya yox, bu kluba keçir – “Marca”dan iddia

Juninyo “Sevilya”ya yox, bu kluba keçir – “Marca”dan iddia

“Qarabağ”ın hücumçusu Juninyonun “Sevilya”ya transferində problem yaranıb.

QOL.az xəbər verir ki, bu barədə müxtəlif xarici mənbələr məlumat yayıb. Tanınmış insayder Fabritsio Romano sosial media hesabında bildirib:

“Klublar arasında şifahi razılığa və tibbi müayinənin planlaşdırılmasına baxmayaraq, Juninyonun “Sevilya”ya transferi ilə bağlı problemlər yaranıb.

“GonzaloTortosa”ya görə, müqavilə imzalanmaya bilər. “Flamenqo” futbolçuya daha yüksək maaş təklif edir”.

“Qarabağ” və “Sevilya”nın müqavilə şərtini pozduğu da iddia edilib.

“Marca” qəzetinin yazdığına görə isə Juninyonun “Sevilya”ya transferi son anda baş tutmayıb. Nəşr “Flamenqo” Juninyonu “Sevilya”dan oğurladı” başlıqlı xəbərində yazıb ki, Braziliya klubu futbolçuya ispanların təklif etdiyindən 3 dəfə artıq maaş verir.

Məlumata görə, “Flamenqo” Juninyonu Braziliyaya qayıtmağa inandıra bilib.

Qeyd edək ki, bu transfer üçün Braziliya klubunun “Qarabağ”a 5 milyon avro təzminat ödəyəcəyi iddia edilir.

“As” qəzeti də yazıb ki, Juninyo “Sevilya”ya keçməyə razılıq versə də, son anda fikrindən daşınıb. Buna görə də klubu çətin vəziyyətə qoyub.

Qəzet bildirir ki, o, “Flamenqo”da oynamağa qərar verib.

COMMENTS