Jurnalist işdən azad olunan nazir müavinini ifşa etdi-ŞOK

Jurnalist işdən azad olunan nazir müavinini ifşa etdi-ŞOK

Tanınmış jurnalist Məhəmmədəli Qəribli bu gün yazdığı statusla diqqətləri özünə cəlb edib. Bir sözlə, sükütü pozub. Jurnalistin Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov haqqında yazdığı statusu hörmətli oxucularımızın diqqətinə çtdırırıq:
Şəkildə gördüyünüz bu adam dünən Prezidenti İlham Əliyevin Sərəncamı ilə Gənclər və İdman nazirinin müavini vəzifəsindən azad edilən İsmayıl Sultan oğlu İsmayılovdur. Düz 15 il nazir müavini olub. Görün, Sərəncamı eşidən kimi verdiyi ilk açıqlaması nə olub?
Sitat: “Bugünkü sərəncam mənim üçün gözlənilməz oldu. Buna baxmayaraq, mən ömrümün sonunadək Prezidentimizin quluyam. Ölkə başçısının yolunda hər şeyə hazıram…”
Güya ağıllı davranıb da. Əslində isə verdiyi açıqlama ilə bütün ölkəni biabır edib. Elə bu açıqlamasına görə bu adamı həbs etmək lazımdır. İndi görün, hələ də quldarlıq təfəkküründən uzağa gedə bilməyən bu adam, tutduğu postda gənclərimizi necə “tərbiyə” edib?
Adam həm də pedoqoji elmlər namizədi alimlik dərəcəsinə və Professor elmi adına layiq görülüb. Deyib ki, bundan sonra elimi işlərlə məşğul olmağı düşünür. Getsin, Ramiz Mehdiyev Akademiyada onun yolunu gözləyir.
İndi mən loru dildə müəllimin əslində nə demək istədiyini sizə anladım.
“ Yaxşı pul yığmışam. Dəyməyin, gedim yığdığımı ömrümün sonuna kimi rahat yeyim”.
DOSYE.ORG
Возможно, это изображение (1 человек)

COMMENTS