Jurnalist və qazilər qəzaya düşdü

Jurnalist və qazilər qəzaya düşdü

axar.az1413489595foto2

Axar.az-ın “Cəbhə xətti” layihəsinin müəllifi Nihad Cəbrayıl Qarabağ savaşının iştirakçısı olan növbəti xanım qazilərlə müsahibədən qayıdarkən ağır qəzaya düşüb. Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, xanım qazilər N.Cəbrayılı evinə düşürmək üçün “Naz Lifan” markalı avtomobillə gələrkən böyük sürətlə hərəkət edən “Prado” markalı avtomobil onların üstündən keçib.
Qazilərin də çox ağır durumda olduğu bildirilir.
Hadisəni törədən “Prado” sürücüsü hadisə yerindən qaçıb.
Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, qəza Zərifə Əliyeva adına Milli Oftalmalogiya Mərkəzinin qarşısında baş verib. Şahidlər qəza zamanı xanım qazilərdən birinin öldüyünü bildiriblər.
Amma Axar.az-ın Təcili Tibbi Yardım Xəstəxanasında olan əməkdaşları yaralılardan hər hansı birinin ölməsi ilə bağlı həkimlərin məlumat vermədiyini bildirirlər.

COMMENTS