Jurnalist Zaur Qəriboğluna qarşı qaldırılan iddia təmin edilmədi FOTO

Jurnalist Zaur Qəriboğluna qarşı qaldırılan iddia təmin edilmədi FOTO

Bu gün Yasamal Rayon Məhkəməsində hakim Günel Ələkbərlinin sədrliyi ilə “Baku Steel Compani”nin rəhbəri Rasim Məmmədovun “Reaksiya TV”nin rəhbəri Zaur Qəriboğluna qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddiaya baxılıb.

Saatlarla sürən prosesdən sonra məhkəmə qarşı tərəfin iddiasını təmin etməyib.

Musavat.com xəbər verir ki, bu barədə Z.Qəriboğlu özü məlumat verib.

O bildirib ki, məhkəmə prosesi sifarişli idi.

“Bu təkcə mənim qələbəm deyil, bütün mətbuatın qələbəsidir”, – deyə Z.Qəriboğlu qeyd edib.

DOSYE.ORG

COMMENTS