Top.Mail.Ru

Jurnalistlər prezidentə MÜRACİƏT ETDİ

Jurnalistlər prezidentə MÜRACİƏT ETDİ

Hörmətli cənab Prezident İlham Əliyev!

Biz, aşağıda imza edənlər, nəzərinizə çatdırırıq ki:

Heç vaxt özümüzə görə Sizə ağız açmasaq da, Azərbaycan mətbuatının 145 illiyi ərəfəsində qərara gəldik ki, bu 145 illik mətbuat tariximizin 35 ilində özünəməxsus dəst-xətti və mübarizliyi ilə seçilən, gənc yaşlarından hərbi-vətənpərvərlik ruhunu təbliğ edən, “Azərbaycan, Azərbaycanlılıq və Azərbaycanlı” ideologiyasının təbliğatçısı olan, dövlətçilik ənənələrinin qorunması istiqamətində ən sərt analitik yazıları yazan, ölkənin, xalqın, dövlətin əleyhinə daxili və xarici düşmənlərin məkrli siyasətini ifşa edən, milli-mental dəyərlərin aliliyini sərgiləyən, qanunun aliyinin təbliğinə həsr olunan minlərlə essenin, etüdün, hekayənin, məqalənin, oçerkin, portretin, köşənin müəllifi Aydın Canıyevin jurnalistlər üçün 20-ci sahədə tikilən üçüncü binada yaşamaq üçün olmasa da, yazmaq üçün mənzillə təmin olunmasına göstəriş verəsiniz!
Aydın Canıyev adı böyük hərflərlə yazılan imzadır! Onun bu 35 il ərzində başının üzərinə qaldırdığı yalnız bir bayraq olub: Azərbaycan bayrağı! Oxuduğu himn Azərbaycan himni olub! Amma
“Həmişə adına növbə çatanda
Bir söz eşitmişik: “… və başqaları”.
Çünki… nə müxalifət partiyalarının mənşəyi bəlli olmayan qrant layihələrindən bəhrələnib iqtidar əleyhinə yazıb, nə də iqtidar məmurlarının intriqasına qoşulub bəlli saytlarda müxalifət əleyhinə çirkab-çamur kampaniyasına qoşulub!
Hər zaman vətən və dövlət maraqlarından çıxış edərək, müxalifətin də, iqtidarın da zərərverici nümayəndələrini kəskin tənqid atəşinə tutub! Heç bir halda qrup, partiya marağından çıxış etməyib! Yazdığı yazılar onillər boyu təsdiqini tapıb, baxmayaraq ki, yazıldığı dönəmlərdə onun əleyhinə işləyib, onu iş yerlərindən məhrum edib, onu həyatın dibinə atıb!
Aydın Canıyev satqınçılığa, əqidəsində dönərliyə etibarsızdı, ondan saxtakar olmayıb, olmayacaq da! Ola bilər, ona ev verilsə belə, yenə də hakimiyyəti tənqid etsin, yenə də sərt yazıların müəllifi olmaqda davam etsin, amma bu heç bir halda “5-ci kolon” ruhunda olmayacaq, xarici təşkilatların ayırdığı qrant çərçivəsində ölkənin və dövlətin imicinə zərbə vuran aspektdə olmayacaq!
Biz, imza edənlər onun Azərbaycan dövlətinə, Azərbaycan xalqına bağlılığına əminliyimiz üçün bu müraciəti imzalayırıq və ümid edirik ki, Sizdən dəstək görəcəyik və hamıya deyə biləcəyik:
– “Hakimiyyət evi ancaq onu təbliğ edən məddahlara verir”, – deyənlər, buyurun, cənab Prezidenti belə tənqid edən jurnalistə də ev verildi və bu ev onu öz dəst-xəttinə sadiq qalmaqdan məhrum etmədi!

Cənab Prezident!

Sizə inanaraq bu müraciəti imzaladıq!

Aydın Canıyev bu ölkənin şərəfli və jurnalistika tariximizdə qalacaq imzalarından biridir, çatışmayan cəhətlərinə baxmayaraq! Onun 35 ildə kirayərlərdə qalarkən verdiyi ev puluna Bakıda 3 ev almaq olardı!
Xahiş edirik, müraciətimizi və Sizə inamımızı nəzərə alasınız!

QEYD: Müraciət dəstək imzalanmasına açıqdır – ziyalılar – jurnalist həmkarlar, şair, yazıçı, həkim, müəllim, oxucu dostlar üçün! Ümid edirik ki, Aydın Canıyevin uzunömürlü oxucuları imzalarını əsirgəməzlər!

Aqil Alışov – Miq.Az saytının baş redaktoru
Əvəz Zeynallı – Xural.com saytının baş redaktoru
Zahir Əzəmət- Qaynarinfo.az saytının baş redaktoru
Mahir Rüstəmli – “Fotbol+” qəzetinin baş redaktoru
İlqar Şahmaroğlu- jurnalist
Şahin Nəcəfov – araşdırmaçı jurnalist
Elgün Gəncimsoy- hərbi bloqqer
Sevinc Muradxanlı – jurnalist

Ağacəfər Həsənli- şair, yazıçı

Vəli Əkbər- jurnalist
Aslan Quliyev – Qarabağ qazisi
Bəhruz Məmmədov -jurnalist
Murad Köhnəqala- yazıçı-publisist.
Mərdan Seyidbəyli – -jurnalist
İqbal Məmmədov – oxucu
Rövşən Kəbirli – jurnalist
Rauf Şəmilov – müstəqil jurnalist
Mətləb Mütəllimli – İstiqlalçı Millət Vəkili
İlham Ələsgərov – oxucu
Ögeday Nigar- jurnalist

Peyman Sadıqov- Xalqxeber

Elman Nigaran-Dosye.org

Aqil Alishov adlı şəxsin şəkli.

COMMENTS