Kəmaləddin Heydərovun müavinini həyat yoldaşı məhkəməyə verdi -SƏBƏB

Kəmaləddin Heydərovun müavinini həyat yoldaşı məhkəməyə verdi -SƏBƏB

Həyat yoldaşı Fövqəladə hallar nazirinin müavini, general Faiq Cavad oğlu Tağı-Zadəni məhkəməyə verib.

Dilarə Məmməd qızı Tağı-Zadə ər-arvad arasında əmlakın bölünməsi ilə əlaqədar Səbail Rayon Məhkəməsinə müraciət edib. Hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən məhkəmə prosesi aprel ayının 2-nə təyin olunub. Keçiriləcək məhkəmə prosesində Dilarə Tağı-Zadə iddiaçı, Faiq Tağı-Zadə isə cavabdeh qismində tanınıb.

Xatırladaq ki, Faiq Tağızadə ötən ilin oktyabr ayında infarkt keçirib və ürəyinə stent qoyulub.(unikal)

COMMENTS