Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək

kemalledin.jpg

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 28 avqust 2014-cü il tarixində saat 11:00-dan Şirvan şəhərində vətəndaşların qəbulu keçiriləcək.

Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda yalnız Şirvan, Salyan, Neftçala və Biləsuvar rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyətilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Bəhruz Aslanov adına 16 nömrəli tam orta məktəbin binasında (ünvan: Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi, 15) 27 avqust 2014-cü il tarixində saat 09:00-dan başlayacaq.

Qeyd edək ki, qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə telefonu: +994 (12) 512-01-14

COMMENTS