Kəmaləddin Heydərovun möhtəşəm mahnısı Heydər Əliyevin doğum gününün və “Qurtuluş” gününün himni olsun!

Azərbaycan tarixində ən böyük insanlardan biri Heydər Əliyevdir. 

Dünyanın ən böyük dövlətlərinin başçıları Heydər Əliyevin böyük tarixi şəxsiyyət, böyük dövlət xadimi olması haqqında yüksək fikirlər səsləndiriblər. Onların arasında Corc BUŞ- Amerika Birləşmiş Ştatlarının Prezidenti, Vladimir PUTİN- Rusiya Federasiyasının Prezidenti, Jak ŞİRAK- Fransa Respublikasının Prezidenti, Toni BLEYER- Böyük Britaniyanın Baş naziri,
Xu SZİNTAO- Çin Xalq Respublikasının Sədri, Əhməd Necdət SEZƏR-Türkiyə Respublikasının Prezidenti, Rəcəb Tayyib ƏRDOĞAN-Türkiyə Respublikasının Baş naziri, Kraliça- II ELİZABET, Gerhard ŞRÖDER- Almaniya Federativ Respublikasının Federal kansleri, Bülənd ECEVİT-Demokratik Sol Partiyasının Sədri, Butros-Butros Qali-BMT-nin sabiq Baş katibi və digər dövlət xadimlərinin adları var.
Azərbaycanda və dünyada Heydər Əliyev haqqında yüzlərlə kitablar yazılıb. Heydər Əliyev haqqında çoxlu şeirlər və mahnilar yazılıb.
Mənim və çoxsaylı insanların fikrincə Heydər Əliyev haqqındakı ən möhtəşəm müsiqi əsəri Kamaləddin Heydərovun “Sən elə bir zirvəsən küləklər neyləyəcək” mahnısıdır. Mahnının musiqisində böyük bir gözəllik, insana təsir edən möhtəşəmlik var.
Heydər Əliyevin doğum günündə və “Qurtuluş” günündə Kəmaləddin Heydərovun Heydər Əliyev haqqında yaratdığı möhtəşəm sənət əsəri olan bu mahnı həmişə bir himn kimi yadımıza düşür! Əminəm ki, Heydər Əliyev haqqındakı belə möhtəşəm mahnını böyük bəstəkarlar da yarada bilməzdi! Çünli bu əsəri məhz Kəmaləddin Heydərov Heydər Əliyevə möhtəşəm sevgisi və hörmətilə yaradıb!”
Təklif edirəm ki, Kəmaləddin Heydərovun Heydər Əliyev haqqındakı möhtəşəm mahnısı onun doğum gününün və “Qurtuluş” gününün himni olsun!

Prof.Dr. Qüdrət İsaqov

COMMENTS