Kəşfiyyatçıdan şok İran iddiası – “Atdığı bu addım…”

Kəşfiyyatçıdan şok İran iddiası – “Atdığı bu addım…”

Ukraynaya qarşı Rusiyaya pilotsuz uçan aparatlar (PUA) satan İran bu yöndə daha bir addım atıb.

DOSYE.ORG xəbər verir ki, bu barədə “Nyu-York Tayms” ABŞ-ın hərbi mənbələrinə istinadən yazır.

İranın PUA-larla bağlı yarana biləcək problemlərlə əlaqədar ruslara kömək üçün Rusiyaya mütəxəssislər göndərdiyinə diqqət çəkən nəşr mütəxəssislərin Krımda yerləşdirildiyini bildirir.

Mənbə mütəxəssislərin ABŞ-ın terror təşkilatı kimi tanıdığı İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı olduğunu, İrandan alınan pilotsuz təyyarələrin əksəriyyətinin Krımdakı bazada saxlandığını qeyd edir.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) təqaüddə olan əməkdaşı Mik Mulroy “Nyu-York Tayms”a deyib:

“Ukraynadakı müharibəyə pilotsuz təyyarələr və təlimçilər göndərmək İranın Rusiya tərəfdən müharibəyə girməsi deməkdir. Tehran dinc insanların öldürüldüyü hücumlarda birbaşa iştirak edir”.

Digər tərəfdən, mütəxəssislər İranın Rusiyaya göndərdiyi PUA-ların əməliyyatda çətinlik çəkdiklərini, rus hərbçilərinin bu dronlardan səmərəli istifadə edə bilmədiklərini və mexaniki problemlərin olduğunu söyləyirlər.

Baş verənlərdən sonra Ukrayna İranla diplomatik əlaqələri kəsə biləcəyinə dair rəsmi açıqlama verib.

COMMENTS