Kəşmirdə böyük əməliyyat: 560 nəfər həbs edildi

Kəşmirdə böyük əməliyyat: 560 nəfər həbs edildi

Hindistan Təhlükəsizlik Xidməti Cammu və Kəşmir ştatında hökumətin regionun xüsusi statusunu ləğv etməsindən sonra yaşanan hadisələr çərçivəsində 560 nəfəri saxlayıb.

Axar.az xəbər verir ki, bu barədə “All İndia Radio” informasiya yayıb.

Məlumata görə, saxlanılanlar arasında aktivistlər, tanınmış siyasi xadimlər, o cümlədən ştatın keçmiş nazirləri Omar Abdullar və Məhbub Müfti də olub.

Regionun müxtəlif yerlərində hökumətin qərarına qarşı narazılıqlar hələ də davam edir.

DOSYE.ORG

COMMENTS