Kabildə güclü partlayış törədilib, ölənlər var

Kabildəki gur ticarət rayonlarından birində törədilən partlayışda azı 5 nəfər ölüb.

Polisin sözçüsü Ebadullah Kariminin sözlərinə görə, partlayış mayın 19-da Ədliyyə nazirliyinin avtomobil parkında törədilib.

Partlayışa görə cavabdehliyi hələ ki, heç kim üzərinə götürməyib.

Adətən bu cür partlayışlara görə cavabdehliyi Taliban öz üzərinə götürür.

COMMENTS