Kadırov: “Hər kəs evində vəhhabiləri dinləyə bilir”

“Hər evdə internet var və insanlar asanlıqla vəhhabi vaizləri dinləyib təsirə düşə bilərlər”.

Axar.az “İnterfaks”a istinadən xəbər verir ki, Çeçenistan Prezidenti Ramzan Kadırov internetin gənclərin təhsilinə mane olduğu üçün bağlanmasını təklif edib. Kadırov internetdən bir zamanlar insanlara təsir etmək üçün istifadə etdiklərini deyib. Onun sözlərinə görə, gənclərin dini moizələr dinləməsi artıq təhlükəyə çevrilib:

“İnternetin olmaması iqtisadiyyata mənfi təsir edəcək. Amma bu insanların bir-birlərini öldürməsini dayandıracaq. Hər evdə internet var və insanlar asanlıqla vəhhabi vaizləri dinləyib təsirə düşə bilərlər. Hətta mənim evimdə uşaqlarım da dinləyə bilərlər”.

COMMENTS