Kadırov Obamaya müraciət etdi

Çeçenistan rəhbəri Ramazan Kadırov ABŞ prezidenti Barak Obamaya Rusiyanı sanksiyalar ilə boğmaq ümidi ilə yaşamasını məsləhət görməyib.

ANS PRESS-in məlumatına görə, R.Kadırov İnstagram şəhifəsində Moskvada Qələbə paradında iştirak etməyən amerika lideri Barak Obamaya müraciət edib.

O yazıb: “Alman faşizmin məhvi bizim ümumi qələbəmizdir. Burada həlledici rol Rusiyaya aiddir. Siz mayın 9-da Moskvada Qələbə paradında deyildiniz, hərçənd siz burada olmalı idiniz. Ən azından həlak olmuş milyonlarla rus əsgərinə və zabitinə etiramınızı bildirməlidiniz. Siz bu hərəkətinizlə terrorçulara və onların başçılarına göstərməliydiniz ki, sülh və ədalətli dünya üçün mübarizə aparmaq cəhdində yekdilsiniz”.

Onun fikrincə, Obama öz hərəkəti ilə anlamağa imkan verdi ki, vahid cəbhə ilə yeni dünya müharibəsi təhlükəsinə qarşı çıxış etməyə hazır deyil.

Çeçen lideri prezident Obamaya xatırladıb ki, ABŞ bir sıra ölkələrdə hərbi münaqişələrin yaranmasında günahkardır. Sizi məhz ona görə günahlandırırlar ki, İŞİD terrorçuları silahla, maliyyə və insan resursları ilə təmin olunurlar”.

R.Kadırov sonda yazır: “Ona ümid etmək lazım deyil ki, Rusiyanı sanksiyalarla ölkəni yarımüstəmləkəyə çevirmək olar. ABŞ bunun yerinə, dünya dövlətlərinin başçılarını bir yerə yığıb bu dünyanı hara apardıqlarını düşünsə daha yaxşı olar. Əminəm ki, 1995-ci ildə Berlinə qədər çatmış Rusiya bu gün də istənilən çətinliyin öhdəsindən gələcək, problemləri həll edəcək”.

COMMENTS