Kadırovdan ŞOK çağırış: “NATOya qarşı birləşin…”

Kadırovdan ŞOK çağırış: “NATOya qarşı birləşin…”

“Mən bunu dəfələrlə demişəm və bir daha qeyd etmək istəyirəm ki, bu ərazilərdə biz təkcə dinc əhalinin uzun illər nasizmdən azad edilməsi üçün mübarizə aparmırıq. Heç kimə sirr deyil ki, Avropa dinə və əxlaqa qarşıdır. Onun həyasız və mürəkkəb təbliğatı ailə institutunu, mədəniyyəti, dini, çoxəsrlik ənənələri məhv etməyə yönəlib”.

Musavat.com xəbər verir ki, Çeçenistanın rəhbəri Ramzan Kadırov bu sözləri “Asharq News” ərəb telekanalına müsahibəsi zamanı deyib.

O qeyd edib ki, bu gün biz Ukraynaya qarşı döyüşmürük, biz NATO ilə müharibə vəziyyətindəyik: “Söhbət Kiyevi silah və pulla təmin edən dövlətlərdən gedir. Əlbəttə, bu xırda şeydir və Ukrayna çoxdan təmizlənə bilərdi”.

Kadırov, həmçinin müsəlmanları NATO-ya qarşı mübarizədə birləşməyə çağırıb.

DOSYE.ORG

COMMENTS