“Kamaləddin Heydərovun Etibar adlı polis qohumu mənimlə…” – İşdən çıxarılan polis rəisi

“Kamaləddin Heydərovun Etibar adlı polis qohumu mənimlə…” – İşdən çıxarılan polis rəisi

Xəbər verdiyimiz kimi ötən gün Qobustan Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilən Etibar Babayevin mətbuatda Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun qohumu olduğu iddia edilib.

Bu barədə Manset.az-a açıqlama verən eks polis rəisi bu iddiaları təkzib edib.

“Kamaləddin müəlim Naxçıvandan, mən isə Qəbələdə anadan olmuşam. Biz necə qohum ola bilərik? Mən Kamaləddin müəllimin qohumu deyiləm. Bəli, onun Etibar Babayev adlı bir qohumu var. O da polisdə çalışır, ona görə onunla məni səhv salırlar. Mən o Etibar Babayev deyiləm.”

Daha sonra Etibar Babayev açıqlamasında bunları deyib.“Qaldı ki, polis sistemindən gedirəm, bundan sonra günlərimi ailəmə, nəvələrimə həsr edəcəm. Cənab nazirə təşəkkür edirəm!”

COMMENTS