Kamal Mirzəyev Küveytdə qol hesabını açdı – Video

Kamal Mirzəyev Küveytdə qol hesabını açdı – Video

Azərbaycanlı futbolçu Kamal Mirzəyev Küveyt klubunda qol hesabını açıb.

Qol.az xəbər verir ki, “Əl-Salmiyə”də çıxış edən 24 yaşlı yarımmüdafiəçi çempionatın 5-ci turunda “Əl-Tadamon” ilə görüşdə rəqib qapspına yol tapıb. 90 dəqiqə meydanda olan Kamal matçın 82-ci dəqiqəsində – hesab 1:1 olarkən fərqlənib.

“Əl-Salmiyə” 10 xalla 10 komanda arasında 3-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, K.Mirzəyev bu yay “Qəbələ”dən “Əl-Salmiyə”yə keçib.

DOSYE.ORG

COMMENTS