Top.Mail.Ru

Kamran Əliyev Aslan İsmayılova zəng etdi: “Bakıya giriş üçün hansı məntəqələrdə pul alırlar?”

Kamran Əliyev Aslan İsmayılova zəng etdi: “Bakıya giriş üçün hansı məntəqələrdə pul alırlar?”

Çoxsaylı müraciətlər əsasında DYP əməkdaşlarının pul müqabilində insanların Bakıya gəlməsinə şərait yaratmaları barədə yazmışdım

Bu gün BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev zəng edib həmin faktların hansı keçid məntəqələrində baş verdiyini və qanunu pozmuş polis əməkdaşları barədə tədbir görülməsi üçün məlumat istədi. Bu barədə mənə yazan, zəng edib xəbər verən onlarla şəxsə yazıb konkret bir bilgi vermələrini istədim, heç bir konkret bilgi verən olmadı. Hamı bir ağızdan “belə deyirlər” yazdılar”.

Pravda.az-ın xəbərinə görə, bu barədə hüquqşünas Aslan İsmayılov məlumat verib.

“Bir daha hamınızdan xahiş edirəm, konkret fakt bilmədən məlumat yaymayın. Bir çoxlarınız da mənə göndərdiyiniz bəzi məlumatları yaymamaqda suçlayırsınız. Əminəm ki, belə faktlar var. Ancaq bizim də heç bir sübut ortaya qoymadan tələb etməyimiz düzgün deyil. Ona görə belə faktlar olanda hansı taksi ilə, hansı marşrut üzrə getdiyinizi, harada polis postunun olması barədə konkret faktları göstərməklə yazın ki, tədbir görülsün. Bu gün danışıqda həqiqətən tədbir görülməsi üçün müraciət edildiyini hiss etdim. Bu günlər biz hamımız qanunu pozanlara qarşı tədbir görülməsində köməkçi olmalıyıq. İctimai tələb olmadıqca fürsətçilər daim tapılacaq” – A.İsmayılov qeyd edib.

DOSYE.ORG

COMMENTS